Ağcabədinin icra başçısına qarşı 20 minlik rüşvət ittihamı...

“Şahin Məmmədov pul vermədiyimə görə məni direktorluqdan çıxardı”
“Birinci müavin Rövşən Əhmədov bütün Ağcabədini zəbt eləyib”

Ağcabədinin icra başçısına qarşı 20 minlik rüşvət ittihamı...
Moderator.az saytına Ağcabədi rayon sakini tərəfindən dəhşətli məlumat daxil olub. Heç bir şərh vermədən onu oxuculara təqdim edirik:
“Mən Həsənov Yunis Sədi oğlu Ağcabədi şəhəri 20 yanvar küçəsi ev 42-də yaşayıram. Ali təhsilli fizika müəllimiyəm. Uzun müddət Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında işləmişəm, iki fakultənin dekanı, sonra isə rayondakı peşə məktəbinin direktoru olmuşam. 2012-ci ilin aprelində məndən 20 min manat pul istənilmişdi. İyulun 18-də isə icra başçısı Şahin Məmmədovun tələb etdiyi 20 min manatı verə bilmədiyimə görə işdən azad olunmuşam. 17 aydır ki, işsizəm. Bu müddət ərzində başçıya etdiyim çoxsaylı müraciətlər cavabsız qalıb. 18 dekabrda isə yenidən bu dəfə ailəlikcə Şahin Məmmədovun qəbuluna getmişik. Çünki bizə məlum idi ki, o dekabrın 19-dan məzuniyyətə gedəcək. Ancaq bizi qəbul etməkdən imtina etdi. Aqrar sahəyə cavabdeh başçı müavini Leyla Əsgərova bizi qəbul etdi, sonra birinci müavin Rövşən Əhmədovun qəbulunda olduq. Hər ikisi artıq bıçağın sümüyə dirəndiyini görüb bizə səbrli olmağı tövsiyə etdilər və söz verdilər ki, probleminizi həll edəcəyik.”
Yunis Həsənov deyir ki, pulu başçının adından ondan birinci müavin Rövşən Əhmədov istəyib: “ Biz orda qəbulda olduğumuz vaxtda icra başçısı hamanitar sahə üzrə müavini və təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun adından evimizə teleqram göndərib ki, siz Ağcabədi təhsil şöbəsində metodist vəzifəsinə təyin olunmaq üçün sənədlərinizi təqdim edin. Halbuki 17 aydır bir iş üçün mübarizə aparsaq da bizə müsbət cavab verən olmayıb. Mən noyabrın 15-də təhsil naziri Mikayıl Cabbarov Ağcabədidə vətəndaşları qəbul edərəkən onun qəbulunda olmuşam. Mən Ağcabədi təhsilində olan poblemlərin və digər neqativ halların hamısı barədə naziri ətraflı məlumatlandımışam. Onda nazir mənə söz verdi ki, səbrli olun, mən sizə köməklik göstərəcəm. Başçının birinci müavinindən ağcabədililər “dad” deyir və heç başçının özünün də onun harda təhsil aldığından xəbəri belə, yoxdur. Bu adam bütün Ağcabədini özəlləşdirib öz adına, bütün rayonu zəbt eləyib. Mən sizə və müvafiq qurumlara, Prezident Administrasiyasına müraciət edərək Rövşən Əhmədovun təhsili də daxil olmaqla onun bioqrafiyasının araşdırılmasını xahiş edirəm.”






Fikirlər