Aytən Səfərova: “Məmura dedim ki, cəhənnəmə müsahibə ver“ – VİDEO

Aytən Səfərova: “Məmura dedim ki, cəhənnəmə müsahibə ver“ – VİDEO

Aparıcı Aytən Səfərova açıqlaması ilə gündəmə gəlib. 

Bizim.media xəbər verir ki, o, “Fəlidən doğru xəbər” verilişində illər əvvəl həmsöhbəti ilə yaşadığı qalmaqaldan danışıb. 

Səfərova bildirib ki, bir məmurlardan müsahibə almaq istəyərkən qarşı tərəf sərt şəkildə bundan imtina edib: 

“Bilmirəm, neçənci il idi... Məmurlardan birinə yaxınlaşıb söylədim ki, sizdən müsahibə almaq istəyirəm. Mən heç zaman mikrofonu uzadıb demirəm ki, filankəs müəllim. Məmur “Mən sənə müsahibə vermirəm. Get buradan!” cavabını verdi. Mən isə “pramoy” üzünə “Müsahibə vermirsən, cəhənnəmə ver”, - dedim. Sonradan eşitdim ki, həmin məmur deyib ki, “Mən Aytənin fanatıyam".

O zaman əhvalsız idim. O xanımın üstünə hirsimi tökdüm və o, cavabı ilə məni şok kimi ayıltdı”. Münasibət məsələsi var. Jurnalist özünə hörmət etməsə, ona heç kim hörmət etməyəcək. Danışığın, eyni zamanda cavabın da tonu var. Sən hansı tonda deyirsənsə, o tonla da cavab alırsan”. 

 






Fikirlər