Mələkxanım Ramalı qızının nişanına niyə çağırmayıb? - SƏBƏBİNİ AÇIQLADI
Xəbər verdiyimiz kimi, müğənni Ramal İsrafilov bir neçə gün əvvəl bibisi, Xalq artisti Mələkxanım Eyubovanın onu qızı Nəzrinin nişan məclisinə dəvət etmədiyini bildirmişdi. Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "7 tamam" verilişində məsələyə aydınlıq gətirib. O, məclisin ailə arasında keçirildiyini qeyd edib: Ramal ailəmizin gözü, başımızı tacıdır. Övladlarım Hökümənin də Cəfərin də toylarını Ramal aparıb. Onsuz bizim heç bir işimiz olmayıb. Nişanda ancaq Nəzrinin rəfiqələri, oğlan və qız evi oldu. İstədik ki, heç kim bilməsin. Ramalın şənbə günü toyu var idi. Amma Nəzrinin toyunda Ramal orada olacaq". Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla nişanlanıb.