Zümrüd də "Maşın"dan GETDİ..

"Maşın" şounun növbəti yarışma günü yaşanıb.

Musavat.com xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Ramal İsrafilov ilə aktrisa Zümrüd Qasımova olub. Hər iki sənətçinin eyni sayda fotosu atıldığı üçün xalq səsverməsi hesablanıb. Z.Qasımova ən az səs topladığına görə hədəf olub.

Aktrisa tamaşaçılardan şouda qalması üçün səs istəyib. O, hədəfini açıqlamayıb və iştirakçılardan ona dəstək olmamasını istəyib.

Zümrüd bildirib ki, maşına ehtiyacı var.

Z.Qasımova sonda 48,03 faiz səs toplayaraq, şounu tərk edib.

Artıq "Maskarad" adlı yarışda 5 iştirakçı maşın uğrunda mübarizə aparacaq. Onlar aşağıda adları qeyd olunanlardır:
Müğənnilər Niyam Salami, Ramal İsrafilov, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva






Fikirlər