Yeni ildə Azərbaycan müğənniləri: Yarım saata 50 min qazanan ifaçılar - SİYAHI
Azərbaycanda müğənnilərin Yeni illə bağlı tədbirlərdə iştirak üçün tələb etdikləri məvacib bəlli olub. Baku.ws-in məlumatına görə, ifaçıların yarım saatlıq çıxış qiymətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məlum olub ki, ən yüksək qonorar yarım saatı 50 min manat olmaqla Xalq artistləri Röya Ayxan və Aygün Kazımovaya məxsusdur. Sonrakı yerləri isə bu qiymətlərlə adları aşağıda sadalanan müğənnilər tuturlar: Eyyub Yaqubov - 20 min manat Zülfiyyə Xanbabayeva - 15 min manat Faiq Ağayev - 15 min manat Abbas Bağırov - 15 min manat Natavan Həbibi - 10 min manat Çingiz Mustafayev - 10 min manat Günay İbrahimli - 10 min manat Murad Arif - 10 min manat Samirə Əfəndi - 10 min manat Miri Yusif - 10 min manat Samir Bağırov - 7 min manat