Kənan MM nazirliyə getdi, onu qəbul etmədilər - GƏRGİNLİK

Kənan MM nazirliyə getdi, onu qəbul etmədilər - GƏRGİNLİK

Mədəniyyət Nazirliyinin rəhbərliyi tanınmış rejissor, aktyor Kənan MM-i (Mahmudov) qəbul etməyib.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, ötən gün nazirliyə gedən rejissor qəbula düşə bilməyib.

Bir müddət nazirlik binasında gözlədilən Kənan Mahmudov daha sonra əsəbiləşərək oranı tərk edib. 

Onun film çəkilişi ilə bağlı nazirin qəbuluna düşmək istədiyi qeyd olunur. 

Xatırladaq ki, Kənan MM bir neçə ay öncə sosial şəbəkə hesabında mədəniyyət nazirinə müraciət edərək belə yazmışdı:

“Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır". 






Fikirlər