"Qadın kişinin bu halına göz yummalıdır"
"Mənim üçün həyat yoldaşımın bir xoş kəlməsi yetərlidir". "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova "Həmin Zaur" verilişində deyib. İfaçı ailə münasibətlərindən danışıb: "Gor əzabsız, ev söz-söhbətsiz olmaz. Amma qadınlar göz yummalıdır. Bəy əsəbi olur. İndi iş rejimi elədir ki... Hamının işində çətinlik olur. Amma düşünürəm ki, qadınlar kişinin əsəbi halına göz yummalıdır".