"Söylü" obrazını oğurlayıb özlərinə "aktrisa" deyirlər"

"Söylü" obrazını oğurlayıb özlərinə "aktrisa" deyirlər"

Əməkdar artist Coşqun Rəhimov məşhur "Bəxt üzüyü" filmində Xalq artisti Afaq Bəşirqızının canlandırdığı "Söylü" obrazını oynayanlara söz atıb.

AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Şən gənc" verilişində danışıb.

"O qədər "Söylü" obrazını oğurlayıb oynayanlar var ki, indi özlərinə aktrisa deyirlər" deyə, aktyor bildirib.

Qeyd edək ki, rejissorluğunu Ramiz Əzizbəylinin etdiyi "Bəxt üzüyü" filmində məşhur Söylü obrazını Xalq artisti Afaq Bəşirqızı canlandırıb.  






Fikirlər