Azdramada DƏYİŞİKLİK: NARAZILAR danışdı

 Akademik Millli Dram Teatrında həyata keçirilən dəyişiklik kollektivin ürəyincvə olub. Belə ki, fəaliyyəti ilə böyük narazılığa səbəb olan keçmiş direktor İsrafil İsrafilovun vəzifəsindən azad edilməsi aktyorlar arasında bayram  əhval-ruhiyyəsi yaradıb.

 

Bu barədə Publika.az-a açıqlamasında teatrın aktyorları məlumat verib.

 

Xalq artisti Rafiq Əzimov kollektivin sevinc içərisində olduğunu dilə gətirib:

 

“Hamımız bu gün keçirilən toplantıda iştirak etdik, Azərpaşa Nemətovun təyinatından çox razıyıq. Kollektiv onun boynuna çox iş qoydu, inşallah, yeni tamaşalar, yeni rollarla sizləri sevindirəcəyik. Toplantıdan çıxıb hamımız bir-birimizi qucaqlayıb öpürük, təbrik edirik. Ümidlərimiz, gözləntilərimiz böükdür”.

 

Hacı İsmayılov da bayram əhval-ruhiyyəsində olduğunu deyib:

 

“Bu gün aktyorların bayramıdır, arzumuza çatdıq. Bundan sonra teatra Azərpaşa Nemətov rəhbərlik edəcək. Yeni ilə yeni rəhbərlə və yüksək əhval-ruhiyyə ilə işə başlayırıq”.                     

 

Firəngiz Mütəllimova da yeni təyinatdan razı qalıb:

 

“Bütün stress, əsəb, gərginlik keçən ildə qaldı. Yeni rəhbərlik bizə söz verdi, gözəl işlərə start verəcəyik. Hər kəsin papağı öz başında qalacaq. Bu, çox önəmlidir. Çünki indiyə qədər Əlinin papağı Vəlinin başındaydı, Vəlininki də Əlinin başında”.






Fikirlər