Övladını itirən AFAQ yenidən ANA olacaq - ÖZÜ DANIŞIR
AzerTaym.az Aktual.az -a istinadən bildirir ki, tədbirlərin birində tanınmış aparıcı Afaq Gəncəli sarı saçlı 3-4 yaşlı balaca qız uşağını oynadırmış. Aparıcı müxbirin sualını cavablandırıb: - Afaq xanım, sizi nə vaxtsa belə öz övladınızı oynadan görə biləcəyikmi? - Allah qismət edərsə, yenidən ana ola bilərəm. Mən nə deyə bilərəm ki, Allah böyükdür. Və Allah mənə nə yaşadıbsa, heç vaxt üsyan etməmişəm, saçımı-başımı yolub, mən buna layiq deyildim deməmişəm. Qismətə çox inanıram. Allah bilən məsləhətdir.