17.05.2014. - Afaq Məsud direktor təyin edildi

17.05.2014. - Afaq Məsud direktor təyin edildiPrezident İlham Əliyev yeni sərəncam imzalayaraq daha bir təyinat edib.

Prezidentin sərəncamına əsasən Afaq Məsud qızı Vəliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib.

"AzerTaym.az" saytı xatırladır ki, yazıçı-publisist, dramaturq, Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) yazıçı Məsud Əlioğlunun qızı, mərhum yazıçı Əli Vəliyevin nəvəsidir. 1957-ci ildə Bakıda anadan olan A.Məsud romanlar və hekayələr müəllifi kimi tanınır. O, BDU-nun jurnalistika fakültəsinin məzunudur.






Fikirlər