ELNUR Hüseynov bu dəfə onunla DUET oxudu - FOTOLAR

Elnur Hüseynov bu dəfə onunla duet oxudu

“O səs Türkiyə” yarışmasının qalibi olan Elnur Hüseynov gənc ifaçı Fidan Hüseynova ilə duet oxuyub. 

“Qafqazinfo” xəbər verir ki, “Say hallelujah” adlanan bəstənin sözləri şair Calal Qurbanov, musiqisi Elnur Hüseynova məxsudur. 

Şənbə günü ekran işinin təqdimat mərasimi keçirilib.  Tədbirdə xalq artisti Aygün Kazımova, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, müğənni Nigar Camal, aparıcı Nərgiz Cəlilova və başqaları iştirak edib. 

Təqdimatın aparıcısı Ranar Musayev bildirib ki, mahnı təkcə Azərbaycan tamaşaçısı üçün deyil, bütün dünyaya bir mesaj çatdırmaq məqsədilə hazırlanıb: 

“Bu, iki azərbaycanlının dünyaya, dünyanı idarə edən qüvvələrə göndərdiyi mesajdır. Bununla dünyadan yalnız haqq-ədalət və əmin-amanlıq istəyirik”. 

Daha sonra Elnur Hüseynov  deyib ki, duetləri davamlı olacaq: “Bütün müğənnilərlə duet oxumaq istəyirəm.Buna Fidanla başlayıram. Bütün telekanallarda deyirlər ki, müğənnilər bir-birini qırır. Mən də hamıya duet təklif edib, mehriban olduğumuzu göstərmək istəyirəm”. 

Qeyd edək ki, mahnının ingilis dilinə şairə Nigar Həsənzadə tərcümə edib. Klipin rejissorluğu Ülviyyə Könülə həvalə olunub.

 

 














Fikirlər