MƏŞHUR AKTRİSA küçəyə çəhrayı CORABDA ÇIXDI - FOTO
Sara Cessika Parker bu dəfə çəhrayı qolfiləri ilə diqqət çəkib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa çəhrayı qolfidə və tuflidə gəzintiyə çıxıb. 52 yaşlı aktrisa baharın gəlişini dünən geyimi ilə bildirib. O, Nyu-York küçəsində parlaq obrazı ilə diqqət mərkəzində olub. Güllü don geyinən kino ulduzu obrazını çəhrayı qolfi, atlas tufli və qəhvəyi rükzakla tamamlayıb. Akssesuar kimi böyük qızıl bilərzik taxıb. O, həmçinin velvetdən tikilmiş göy pencək geyinib. Aktrisa bu dəstdə teleaparıcı Set Mayersin "Ötən gecə" şousuna qonaq olub. Pencəyi çıxartdığı üçün ulduzun geyimini daha detallı nəzərdən keçirmək mümkün olub. Kifayət qədər cəlbedici olan dekoltesi aktrisanın seksuallığını daha da artırıb. Deyəsən, dünən aktrisa növbəti dəfə sübut etdi ki, Hollivudun ən yaxşı geyinən və dəbli məşhurlarının biri sayılır.