Baş leytenant olan ƏMƏKDAR artistdən həmkarlarına: "BİR AZ UTANIN"

Əməkdar artist Zaur Əmiraslanov son günlər cəbhə bölgəsindən şəkil çəkdirib paylaşan sənətçilərə etirazını bildirib.

  Əmiraslanov onları qeyri-səmimilikdə qınayıb:

"Ay kişi, öz işinizlə məşğul olun da. Baxırsan, oxumağı da bir şey deyil e. O gün də qonşu kanalda bir sənətçiylə qonağam. Guya vətənpərvərlik mahnısı oxuyur. Mahnının içində iki yerdə qəhrəmanlarımızın adı çəkilir, amma 6-8 ritmindədir. O ritmdə vətənpərvərlik mahnısı olmur. Bəziləri də əsgərlərlə şəkil çəkdirib paylaşırlar, özlərini reklam edirlər. Ayıbdır. Mən hərbi rütbə daşıyıram, baş leytenantam, amma o geyimdə şəkil çəkdirib paylaşmıram. Çünki əsl zabitlərdən, o formaya qanı tökülmüş zabitlərdən ayıbdır. Bir az utanın".

Xatırladaq ki, "Bu şəhərdə"nin rəhbəri Müşviq Abbasov da oxşar fikirlərlə çıxış edib. Onun səsləndirdiyi fikirlər bəzi şou nümayəndələrinin narazılığına səbəb olub.

 AzerTaym.az

 






Fikirlər