Uzun illərdir ki, imicini dəyişməyən aşıq Telli Borçalı geyim tərzindən danışıb.
Musavat.com saytına açıqlama verən aşıq bildirib ki, milli musiqi alətində ifa edən xanımlar qapalı geyinməlidir: “Saz bizim milli musiqi alətimizdir, onu əlimizə alırıqsa, geyimimizə diqqət etməliyik. Biz o vaxtdan səhnəyə çıxanda uzun libas geyinirik. Gündəlik həyatımda idman üslubunda geyinə bilərəm, amma səhnəyə açıq-saçıq paltarda, şalvarda çıxa bilmərəm. Həmkarlarıma da məsləhət görürəm ki, bu cür nüanslara diqqət etsinlər”.
T.Borçalı deyib ki, qınaqdan qorxmasa da, xalqın fikri onun üçün önəmlidir: “Qınaqdan qorxmuram, çünki qınanılacaq hərəkət etmirəm. Düz adam olandan sonra kim mənə pis söz deyə bilər? İnsanların fikirləri mənim üçün önəmlidir. Desələr ki, “filan şey pisdir, etmə”, etmərəm. Hər kəsin sözünə qulaq asıram, ölçüb-biçirəm. Sonda doğru bildiyim qərarı verirəm. Elə adamlar da var ki, qəsdən məni qıcıqlandırır. Onların da cavabını verirəm. Xalq bizi bu pilləyə gətirib, çıxarıb. Sevilirəmsə, insanların fikri mənim üçün önəmli olmalıdır”.
Aşıq şəxsi həyatından da bəhs edib: “Heç bir yenilik yoxdur, olanda mətbuata xəbər verəcəyəm. Mən sazımla, sənətimlə nəfəs alıram. Məni sevən ilk olaraq sənətimi, sonra məni sevməlidir. Ancaq sənətimi sevən kişiyə ərə gedərəm”.
Fikirlər