28.02.2014. - Aşıq Samirə boşanmasından danışdı - YENİLƏNİB

28.02.2014. -  Aşıq Samirə boşanmasından danışdı - YENİLƏNİBAşıq Samirənin həyat yoldaşı Rizvanla boşanması barədə məlumat tez bir zamanda mətbuatda yerini aldı. Tərəflər qarşılıqlı anlaşma ilə nikahlarına son qoyublar.
Boşanma xəbəri barədə mətbuat səhifələrində, xəbər portallarında yer alan məlumatlarda isə bəzi xəbərlər həqiqətə uyğun yazılmayb. Belə ki, aşıq Samirənin hazırda iki qızı olduğu bildirilir. Qız övladlarından birinin Samirənin ilk nikahından, ikincisinin isə Rizvandan olduğu qeyd olunur. Aşıq Samirə məlumatın yalnış olduğunu söyləyib.

Samirə bildirdi ki, onun iki qız övladı yoxdur. Bu məlumat yalnışdır: "Mənim bir qızım, bir oğlum var. Qızım ilk nikahımdandır. Oğlumun atası isə Rizvandır".

Onu da qeyd edək ki, Rizvanın da ilk nikahdan övladı olduğu mətbuatda yerləşən xəbərlərdə yer alıb. Onu da öyrəndik ki, Rizvanın ilk nikahından övladı, ümumiyyətlə, yoxdur. Bu məlumatı Samirə də təsdiqlədi. Bildirdi ki, yazılanlar səhvdi: "Rizvanın ilk nikahından uşağı olmayıb. Rizvanın bir övladı var, o da birgə nikahımızdan dünyaya gələn uşaqdı".


---------

Mətbuatda Aşıq Samirənin həyat yoldaşı Rizvandan boşanması xəbəri yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı Aşıq Samirə ilə əlaqə saxlayıb. Sənətçi öncə bu barədə danışmaq istəməsə də sonra məsələyə aydınlıq gətirib: “Açığı, bu barədə danışmaq istəmirəm. Amma mən danışmadıqca şayiələr çoxalır. Bəli, Rizvandan boşanmışam. Qərarı ikimiz də verdik. O da boşanmaq istəyirdi, mən də. Aramızda problemlər yaşandı, beləcə qərarımızı verdik. Qərar iki tərəfli oldu, boşandıq. Səbəbini deyə bilmərəm, çünki bu, ailə sirrimdir. O, mənim uşağımın atasıdır, bu, həyatdır, hər kəsin başına bir iş gələ bilər. Bizim də başımıza gəldi, boşandıq. İstəmirəm ki, bu söhbəti xırdalayım, mətbuata açıqlama verim. Bu yaxşı xəbər deyil ki, mən bunu hər kəsə açıqlayım.

AzerTaym.az xəbər verir ki, Lent.az-ın müxbirinin “Yenidən barışıq mümkündürmü” sualına, “Biz artıq dekabrdan boşanmışıq. Həyatdır, hər şeyi həyat göstərər. Çünki biz ailə quranda düşünə bilməzdik ki, başımıza belə bir iş gələr. İndi də nə deyim, bilmək olmaz. O qədər ailələr var ki, boşanırlar, bir müddət keçir, barışırlar”, - cavabını verib.

Qeyd edək ki, Rizvan onun ikinci həyat yoldaşıdır. Rizvanın ilk evliyindən bir oğlu, Samirənin isə ilk nikahından bir qızı və Rizvandan daha bir qızı var.






Fikirlər