BDU prorektorla şöbə müdirinin davasına aydınlıq gətirdi - AÇIQLAMA

BDU prorektorla şöbə müdirinin davasına aydınlıq gətirdi - AÇIQLAMA“Müəyyən bir məsələnin həllində yüngül mübahisə maraqlı dairələr tərəfindən mətbuata şişirdilmiş formada təqdim olunub”. Bunu Modern.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. O, bildirib ki, guya, ümumi şöbənin müdiri Kəmalə Əliyeva ilə prorektor Sani Hacıyev arasında dava olub.

“Bir daha deyirəm ki, məlumat şişirdilib və bu həqiqəti əks etdirmir. Kəmalə Əliyeva özü də məlumatın şişirdildiyini məlumatı yayan sayta bildirib. Bakı Dövlət Universitetinin mətbuat xidməti rəsmi olaraq, belə bir məlumatın olmadığını təsdiq edir”.

Hadisə barədə Ümumi şöbənin müdiri Kəmalə Əliyeva Modern.az-a açıqlamasında həmin məlumatı yayan sayta yanlış informasiya ilə bağlı zəng etdiyini dedi.
“Bu barədə həmin məlumatı yazan sayta zəng vuraraq insidentin şişirdilmiş formada mətbuata çatdırılmasına öz etirazımı bildirdim. Bu hadisə bu səviyyədə olmayıb. Sadəcə, məsələni çox şişirdiblər”.

Qeyd edək ki, bu gün saytlar Bakı Dövlət Universitetində prorektorla şöbə müdiri arasında əlbəyaxa dava olması haqqında xəbər yayıb.






Fikirlər