Hamiləliyi ilə qınanan aparıcı körpəsinin atasını göstərdi - FOTO

"Hər ikimiz ailəli olmuşuq, ayrılmışıq. Heç kim heç kimin ailəsini dağıtmayıb". Bu sözlər nikahsız hamiləliyi ilə qınaq obyektinə çevrilən aktrisa və aparıcı Xuraman Əlizadəyə məxsusdur.

 Aparıcı kimi məşhurlaşan aktrisa 1Xəbər.com-a açıqlamasında, onu ittiham edənləri cavabsız qoymadı: 

"Bu barədə efirlərdə danışacam, amma müəyyən səbəblərdən hələ buna imkanım yoxdur. Övladım nikahdan kənar doğulacaq, ya yox, vaxtı gələndə hər kəsə sübut edəcəm. Məni ittiham edənlərə, barəmdə xoşagəlməz fikirlər yazanlara rəsmi nikahımızı da göstərəcəm, dini nikahımızı da. Təbiətcə davakar insan deyiləm, müəyyən yerə qədər səbrim var. Heç kimin bir başqasının hisslərilə oynamağa haqqı çatmır. Allaha xatirinə, bəsdirin!"
 Sənətə gəldiyi gündən şəxsi həyatı ilə gündəmə gəlməyi sevməyən aktrisa bu açıqlamanı məcburən verdiyini deyir: "Şəxsi həyatımı qapalı yaşayan biri olmuşam, heç vaxt bu barədə danışmaq istəməzdim. Məcbur edirlər! Səhifəmdə ağzına, ağlına gələn fikirləri yazanlara söyləyirəm: mənim 35 yaşım var. Ola bilsin artıq kilolarım məni yaşımdan artıq göstərir, amma məlumunuz olsun ki, anam məni 1981-ci ildə dünyaya gətirib. 

 Ailə qurmağıma gəldikdə isə, bəli, özümdən 5 yaş kiçik insanla ailə qurmuşam. Bir şeyi bilmənizi istərdim. hər ikimiz ailəli olmuşuq, ayrılmışıq. Heç kim heç kimin ailəsini dağıtmayıb. Hər ikimizin ailələri arasında qohumluq əlaqələri var. Qohum kimi gediş-gəlişimizim, hörmətimiz var. Toyumuz olmayıb. Əsas hər iki tərəfin razılığı ilə rəsmi nikaha girmişik, dini nikah kəsdirmişik. Vəssalam! Toyumuzun olmamağına gəldikdə isə, məgər əmtəraqla toy çaldırıb ayrılanlar azdır!? Nikahı pozulanlar azdır? Xoşbəxtlik nə kağıza baxır, nə də toya".

 

Aktrisa xoşagəlməz ifadələr yazaraq onu qınayanlara üzünü tutaraq belə dedi: "Utanın, boş-boş yazmaqla nə əldə edirsiz? Avara insanlarsız, gedin bizim kimi başınızı aşağı salıb işinizlə-gücünüzlə məşğul olun, ruzinizi qazanın. Əgər bu cavabımda artıq cümlə işlətdimsə üzrlü sayın. Sadəcə daha dözə bilmədim. Mən aktrisayam, kimə maraqlıyamsa tamaşalarıma baxsın və fikrini bildirsin". 
 

Xuraman Əlizadə dünyaya gələcək körpəsinin atasını sosial şəbəkə vasitəsilə ictimaiyyətə təqdim edib: "Bu insanla ailə ailə qurmuşuq və inşaallah başa kimi olar. Barəmizdə xoşagəlməz sözlər yazanlar əslində bizim bir-birimizə daha da möhkəm bağlanmamıza stimul yaradırlar.".

* Fotoları təqdim edirik

 






Fikirlər