Fotodakı SİRLİ qadının kimliyi bəlli oldu

Rokun Rollun kralı Elvis Preslinin 1956-cı ildə bir qadınla çəkdirdiyi fotoşəkil ikona halına gəlmişdi. 

Fotodakı o qadının kim olduğu isə 60 ildir ki, sirr olaraq qalırdı. Nəhayət ki, sirli qadının Barbara Qrey olduğu məlum olub

.Moderator.az xəbər verir ki, Barbara Qrey ilk dəfə Elvis Presli ilə olan əlaqəsindən danışıb:

"1956-cı ildə Elvis Preslinin Virciniyada qaldığı otel otağına zəng vurdum. Bir saat danışdıq. Məni konsertinə dəvət etdi. Bir-birimizdən çox təsirləndik. Konsertdə münasibətimiz başladı".

80 yaşlı Barbara Qrey əfsanəvi fotonun hekayəsi haqqında da danışıb:

“O şəkli konsertdən əvvəl çəkdirdik. Foto mediaya sızdı və məşhurlaşdı".

 Barbaranın aşiqi olan Elvis Presli Nyu-Yorka qayıdarkən ona "Mənimlə gəl" deyib. Barbara isə getməkdən imtina edib və Elvisə "Bir sevgilim var" deyə yalan danışıb. Bundan sonra Barbaranın Elvis Presli ilə yolları ayrılıb.

 

 İndi bir dəllalla evli olan Barbara Qrey "Xoşbəxt bir ailəm var. Ancaq Elvis ilə getmədiyim üçün çox peşmanam" deyib.

 

 

Fotoğraftaki gizemli kadın kim?

 






Fikirlər