ABŞ-ın Nevada ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTO

ABŞ-ın Nevada ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTOABŞ-ın Nevada ştatında mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib. Bununla bağlı ştatın qubernatoru Brayan Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən müvafiq bəyannamə imzalanıb.

Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib və İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurub.

Qeyd olunur ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycan qısa müddət ərzində dini etiqadından, cinsindən, irqindən və etnik kimliyindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ verib, hətta qadınlara seçki hüququnun verilməsi məsələsində ABŞ-ı bir il qabaqlayıb.
Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il, ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir.






Fikirlər