Onlar da boşanır - 12 ildən sonra
Məşhur aktrisa Keyt Bekinseyl və rejissor Len Uayzman boşanmaq üçün məhkəməyə müraciət edib. AzerTaym.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, cütlük buna səbəb kimi fikir ayrılığını göstərib. Len və Keytın münasibətlərində problemlər 2015-ci ildən başlayıb. O zaman mətbuatda rejissor Uayzmanın model Si Cey Franko ilə görüşdüyü və barmağında nişan üzüyünün olmadığı yazılıb. Qeyd edək ki, “Underworld” filminin çəkilişi zamanı tanış olan cütlük 12 il əvvəl ailə qurub.