"Namiq nəinki bağımı, başqa evimi də alıb" - Aygün Kazımova
“Namiq mənə qarşı çox haqsızlıq edib. Bu, düzgün deyil. Mala-mülkə bağlı insan olmamışam. Amma qarşıda layihələrim var, indi mən nə satacam?”.
Müğənni bir vaxt duet ortağı olan meyxanaçı Namiq Qaraçuxurlunun ondan tək bağ evini yox, başqa mülkünü də aldığını söyləyib:
“Deyirlər ki, Namiq Aygünə royal bağışlayacaq. Namiq mənim öz royalımı, sintezatorumu qaytarsın. Siz mənim əmlakımı ixtisara salmısınız. Namiqin aldığı bağın yanında, bir evim də var idi. Bir də nə qədər əşyalarım ondadır. Namiq, sən mənim fikirlərimə don geyindirmək istəyirsən. Amma səmimiyyət lazımdır. “Namiq və səmimiyyət” bir-birinə antonim fikirlərdir. Həqiqət yaddan çıxır. 8 il birlikdə ömür sürmüşük. Bəlkə bunu da danasan? Sən dansan da, qonşular danmaz. Ondan səmimiyyət gözləməyin. Əvvəl özünə yazırdım ki, gəl halallaşaq. Axı bunları bərabər olanda alın tərimizlə qazandığımız vəsait hesabına almışıq”.