Sinem və Kenan arasında gərginlik - Fotolar
Bir il eşq yaşayan və ötən may ayında nikah bağlayan Sinem Kobal ilə Kenan İmirzalıoğlu arasında böhran yaşanır. “Qafqazinfo” xəbər verir ki, Kenanın uşaq istəyini rədd edən Sinem evliliyin səkkizinci ayında gərginliyi daha da artırıb. O, karyerasına davam etmək istədiyini, uşaq üçün hələ tez olduğunu bildirib. Xatırladaq ki, bir müddət əvvəl Sinem və Kenanın boşanmağı barədə xəbərlər yayılmışdı.