Birinci xanım 150 milyon təzminat istəyir - “Fahişəlik” xəbərinə GÖRƏ

“Birinci xanım 150 milyon təzminat istəyir - “Fahişəlik” xəbərinə görə

ABŞ-ın birinci xanımı Melaniya Tramp “The Daily Mail” nəşrini məhkəməyə verib.

AzerTaym.azQafqazinfo”-a istinadən verdiyi məlumata görə, mübahisəyə səbəb 2016-cı ilin yayında saytın qəzetində prezident xanımının əvvəllər fahişəliklə məşğul olduğuna dair məqalənin dərc olunmağıdır.

M. Tramp qəzeti ilk dəfə 2016-cı ilin sentyabrında məhkəməyə versə də, Merilend məhkəməsi xarici şirkətlərin qarışdığı işlərə baxmadığını bildirərək onun müraciətini ləğv etmişdi.

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı bu dəfə məsələnin həlli üçün başqa yola əl ataraq sənədləri Nyu-York məhkəməsinə təqdim edib.

Qeyd olunur ki, Melaniya Trampa vurulan mənəvi ziyanın dəyəri 150 milyon dollar qiymətləndirilir.

Birinci xanım 150 milyon təzminat istəyir - “Fahişəlik” xəbərinə görə

Fikirlər