Prezidentin qızı geyiminə görə tənqid olundu - FOTOLAR

Prezidentin qızı geyiminə görə tənqid olundu -

ABŞ prezidenti Donald Trampın böyük qızı, 35 yaşlı İvanka yenə də geyimi ilə müzakirələrə səbəb olub.

"AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, birinci xanım Melaniya Trampdan da çox gündəmdə olan İvanka həyat yoldaşı, prezidentin köməkçisi Cared Kuşnerlə Konqresdə tədbirə qatılıb. 
O, mərasimə fransız dizayner Roland Mouret imzalı, 3 min dollar dəyərində tək çiyinli, tünd-qırmızı rəngli libas geyinib. Lakin İvanka geyim seçiminə görə ciddi tənqidlərə məruz qalıb.
Moda tənqidçiləri xanım Trampın geyiminin elə bir ciddi toplantı üçün olduqca açıq, uyğunsuz olduğunu bildiriblər.
 
 






Fikirlər