ABŞ-ın Yaxın Şərq siyasəti yəhudi kürəkənə TAPŞIRILDI
ABŞ Prezidenti Donalt Tramp, Yaxın Şərq siyasəti üçün kürəkəni və başməsləhətçisi Jared Kuşnerə səlahiyyət verildi. İş adamı olan Kuşnerin diplomatiyada heçbir təcrübəsi yoxdur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı bir yahudi olan və 2009-cu ildə Trampın qızı İvanka ilə evlənən Kuşner, Jason Millərlə birlikdə Prezidentin iki başməsləhətçisindən biridir. Kuşner, İsrail başnaziri Benyamin Netanyahunun sabahki Vaşinqton ziyarətində Trampla gerçəkləşdirəcəyi görüşdə də iştirak edəcək. Qeyd edək ki, Tramp, 20 yanvarda inaqurasiya mərasimindən bir gün öncəki axşam yeməyi nitqində kürəkənə xitabən “Həyatım boyunca Fələstin-İsrail arasında sülhün ən çətin anlaşma olduğunu eşitdim. Bunu sən etməzsən kimsə edə bilməz” demişdi.