Birinci xanımın saatı hərraca çıxarıldı - FOTO

Birinci xanımın saatı hərraca çıxarıldı -

O bu saatı cəmi bir dəfə taxıbmış

ABŞ-ın birinci xanımı olmuş Jaklin Kennedinin qol saatı hərraca çıxarılıb. Nyu Yorkda "Rockefeller Centre"də hərraca qoyulan saat 750 əyarlı qızıldan hazırlanıb. Vaxtilə bu saatı ona şahzadə Stanislav Radzivil hədiyyə edibmiş. Jaklin Kennedi bu saatı Hindistanın baş naziri Cəvahir Ləl Nehrunun şərəfinə təşkil olunan qəbul zamanı taxmışdı.

"Cartier" firmasından olan saat safir və brilyantlarla işlənib. Saatın üzərində Stanislavın imzası və tarix yazılıb. İlkin qiyməti 120 min dollardır. 

Jaklin Kennedi 1961-1963-cü illərdə birinci xanım olub. Qısa müddətdə ABŞ-ın birinci xanımı olmasına baxmayaraq, çox məşhurluq qazanıb və dəb ikonası sayılır. (istipress.com)

 






Fikirlər