BIRINCI XANIMI BELƏ GÖRMƏMİŞDİZ – VİDEO
Amerika Birləşmiş Ştatlarının birinci xanımı Mişel Obamanın idman etməsini əks etdirən video-çarx yayılıb. Anspress-in məlumatına görə, sosial şəbəkədəki şəxsi səhifəsində paylaşdığı videoda xanım Obama peşəkar idmançılar kimi məşq edir.
Həmin videoda ABŞ-ın birinci xanımı həm atletika, həm ağırlıqqaldırmaq, həm qarın əzələlərinin gücləndirilməsi, həm də uzaq şərq döyüş növü ilə məşğul olur.
Mişel Obama bütün bunları peşəkar məşqçinin nəzarəti altında yerinə yetirir.
Xatırladaq ki, xanım Obama daha əvvəl də idmanı, sağlam qidalanmağı və insan sağlamlığını təşviq edən müxtəlif aksiyalar təşkil edib və ya bu kimi aksiyaların iştirakçısı olub.
Mişel Obama əsasən Amerikanın baş bəlasına çevrilmiş pylənmə ilə mübarizədə öz fəallığı ilə seçilir.