"Maşın" şounun qalmaqallı iştirakçısı OYUNDAN GETDİ
"Maşın" şounun növbəti buraxılışı efirə gedib. Musavat.com xəbər verir ki, canlı efirdə yaşanan qalmaqallarla gündəmdən düşməyən proqramda müğənni Səidə Sultan səsverməyə çıxarılıb. O, qalib olacağı təqdirdə ya rejissor Aqil M. Quliyevi, ya da aktyor Ercan Rəsulovu oyundan uzaqlaşdıracağını deyib. E.Rəsulov isə ifaçının hədəfi olduğunu bildirərək tamaşaçılardan Səidəyə "getsin"ə səs verməyi xahiş edib. Verilişin sonuna az qalmış Səidə Aqili oyundan kənarlaşdıracağını bildirib. Onun açıqlamasından sonra gərgin anlar yaşanıb. Aqil Səidəyə "Çox gözəl aktrisadır. Özü də öz emosiyalarına inanır" deyərək sənətçinin getməsinə səs istəyib. Aktrisa sözü müğənnini özündən çıxarıb: "Hamı bir-birini gözəl tanıyır. Mən heç kimin hesabına yaşamamışam. Tək Səidə olmağı bacarmışam. Hər kəs danışığını bildin. Bəlkə kimsə rejissorluğunu göstərməyə, film çəkməyə gəlib. Amma mən oynamağa gəlmişəm". Veriliş boyu isə tərəflər arasında qarşıdurma davam edib Sonda S.Sultan 21,07 faiz səs toplayaraq oyundan uzaqlaşıb. AzerTaym.az