iİSLAMda AİLƏ...

 Картинки по запросу islamda ailə

ƏR-ARVAD MÜBAHİSƏLƏRİ BARƏSİNDƏ BİR-NEÇƏ SÖZ

Hər bir evdə ər-arvad arasında problemlər mütləq və mütləq olmalıdır. Bu isə öz növbəsində iki tərəf arasında həmrəyliyin olmamasından irəli gəlir. Ər həmişə hər şeyin öz istədiyi kimi olmasını istəyir, xanımı isə öz istəklərinin də olmasını arzu edir. Ər dediyinin olmasını və sözünün dəyişdirilməməsini əmr edir, xanımı isə haqlı ola-ola dəyişmək istədiyi şeyi ona deyə bilmir və bunu ərinin də dəyişdirməyəcəyindən əmin olaraq susur, bəzən də mübahisəyə girişir.

Halbuki ərin sözünü dəyişməyəcəyinə əmin olmaq düzgün deyildir. Qadın ərinin hər bir sözünü dəyişməyə qadirdir, sadəcə bu zaman düzgün atılmış addımlardan kənara çıxmamaq lazım gəlir. O, həm özünü həm də ərini razı salaraq ikisi də ortaq rəyə gələ bilər.

Həyat yoldaşınla sənin aranda olan məhəbbət divarı sökülməyə başlayan andan aranızdakı pərdələr və hörmət də yavaş-yavaş götürülməyə başlayır. Artıq ağzınızdan çıxan kəlmələr də ağırlaşır, bir-birinizin boğazından güclə keçir. Mübahisələr qızışdıqca aranızda olan o gözəl və sevimli günləri unutmağa başlayırsınız. Belə mübahisələr və gərginliklər çox zaman qışqır-bağıra aparıb çıxarsa da bəzən tamam başqa nəticələrə də səbəb olur. Bu nəticələrdən biri də ərin daim susması və xanımına heç söz deməməsidir. Əlbəttə, ilk baxışdan susmaq gözəl və yumşaq qəbul olunsa da bu, xanımı daha çox əsəbləşdirir, ona heç bir əhəmiyyət və qiymət verilməmə kimi qiymətləndirilir. Xanımın danışdıqlarına nə cür cavab versə də əri onun danışdığını nəzərə alıb sayıb cavab verir. Amma bütün günü susub xanımına tərəf heç çevrilməməsi daha dəhşətlidir.

Belə hallar təbiidir, çünki insanların reaksiyası və rəftarı bir-birindən çox fərqlənir. Çox kişilər belə münasibətlərdə susmaqla kifayətlənirlər. Amma sən həyat yoldaşının bu rəftarından heç məyus olma, düşünmə ki, artıq hər şey bitmişdir və onu heç cür dəyişmək mümkün deyil. Belə halda təslim olma, sən çox şeyi dəyişə bilərsən.

Əvvəla, anlamalısan ki, ərinin susmasına gətirib çıxaran bəzi səbəblər vardır ki, o səbəbləri bilsən və onları aradan qaldıra bilsən, problemi həll etmiş olacaqsan:

Birinci olaraq qışqır-bağır etməməli, hər danışdığında əsəbləşməməlisən, ən əsası ərinin səni əsəbi halda görməməsidir. Əsəbi olaraq dediklərini idarə etmədən ağzından çıxarırsan, təbii ki, çox hallarda ona belə müraciət edirsən: “Sən məni görmürsən”, “Sən məni dinləmirsən”, “Heç saymırsan məni”, “elə bil mən heç adam deyiləm”, “Mən sənin üçün heç nəyəm?”. Bu kimi ifadələrdən çəkinməlisən.

Valideynlərinin və ya ailəndən hər hansı bir kəsin sizin aranıza girməyinə heç bir zaman icazə vermə. Bəlkə də ərin sənin qarşında hansısa fikrində vaz keçər, hansısa rəyinlə razılaşar, amma kimsə müdaxilə etsə, əsla fikirlərindən dönməyəcək.

O, inadkarlıq edən zaman sən də inadkarlıq göstərmə, istəməsən belə özünü elə göstər ki, sanki onun rəyinə və fikrinə hörmət edirsən, çünki bu, ona çox müsbət təsir edə bilər.

– Onunla mübahisə zamanı söhbət etdikdə çox yumşaq və mülayim səslə danış. Hər zaman onunla çox incə və nəzakətlə davran. Ancaq eyni zamanda sevginin dəhşətli dərəcədə olduğunu, həddini aşdığını da ona göstərmə, çünki o, buna adət edəcəkdir ki, bu da sonralar adi hala çevrilə bilər.

– Hər zaman xatırla ki, o, məhz səni həyat yoldaşı kimi seçmiş, ilk olaraq onun evinə qədəm basdığın günü xatırla, sən yenə də onun yoldaşısan, onun gəlinisən. Heç bir zaman içində onun səni sevmədiyini düşünmə, kişilərin öz sevgilərini ifadə etmə tərzi çox fərqlidir.

– İstədiyini demək üçün münasib bir zaman seç. Əlbəttə, bunu hamı belə deyəcək və oxuyarkən düşünəcəksən ki, onsuz da onu bilirsən.

Ancaq o işdən gələn və ya işə gedən zaman, ya da əlində hər hansı bir işlə məşğul ikən heç bir problemin və istəyin haqda onunla danışma.

– Ona nə isə demək istəyərkən, yaxud bir şey xahiş edərkən qarşısında şərtlər qoyma, əvəzində nə isə istəmə.

– Çalış, əvvəlcə onun problemləri haqda danışasan, onun istəklərini həyata keçirmək və çətinliklərini həll etmək üçün müzakirə aparasan, sanki sən məhz onu düşünürsən, onun rahatlığı üçün onunla danışmaq istəyirsən. Söhbətin sonuna yaxın isə özün haqda da danışa bilərsən. Ancaq bir şey istəsən, tələb etsən belə, bunu əmr formasında deyil, bir arzu, rəğbət və xahiş kimi istə.

– Daim özünə güvən, özündən əmin ol, heç bir zaman ərinin səni pisləyəcəyini, sənə söz atacağını gözləməklə narahatçılıq anları keçirmə. Yaxud sənə hansısa xoş söz deyib səni şad edəcəyini belə gözləmə.

– Ev daxili abı-havanı iqtisadi və maddiyyatdan asılı etmə, daha çox ruhi və mənəvi atmosfer yarat. Sanki nə olursa-olsun, sən özünü xoşbəxt hiss edirsən və onun hər halından razısan, o, bunu necə-dəyişirsə, dəyişsin.

– Sənin etdiyin yaxşılıqlar, gözəl işlər varsa, onları xatırlatmaqla özünü göstərməyə çalışma.

Yuxarıda qeyd olunanlar nə şərt, nə də qayda deyildir. Sadəcə bəzi məsləhətləri sizə xatırlatmaqdır. Ağıllı həyat yoldaşı isə hər zaman atacağı addımları ölçüb-biçir, diqqətlə hərəkət edir, evinin abı-havasını isə istədiyi kimi saxlayır.

Şahmar Kərimov ("islamevi.az")






Fikirlər