Qalmaqallı veriliş bağlandı - Aparıcıları söz davasına ÇIXMIŞDI
ARB kanalında yayımlanan "Yarımada" verilişinin yayımı dayandırılıb. Musavat.com axşam.az-a istinadən bildirir ki, proqram iyunun 30-dan etibarən efirə getmir. Verilişin aparılığını Ülvira Qarayeva və Yeganə Cansail edirdi. Realiti-şou yarışma xarakterli idi. Formata əsasən, verilişin iştirakçıları müxtəlif tapşırıqları yerinə yetirirdilər. Qeyd edək ki, "Yarımada" yayıma başlamazdan öncə Ülvira və Yeganə arasında qalmaqal yaşanmışdı. Aparıcılar bir-birinin ünvanına sərt sözlər səsləndirmişdi. Onlar proqram yayımlanan ərəfədə də bir-biri ilə küsülü idilər. ARB-nin rəsmisi İsmayıl Həsənov isə bildirib ki, verilişin bağlanma səbəbi telekanalın yeni mövsümdən fərqli formata keçidi ilə əlaqədardır.