İki azərbaycanlı xanım aparıcı arasında dava DÜŞDÜ
ARB TV-nin yayımı dayandırılmış "Ferma" verilişinin aparıcıları Ülvira Qarayeva və Yeganə Cansail arasında qalmaqal yaşanıb. Axşam.az-ın məlumatına görə, aparıcılar “Facebook” da bir-birilərinin ünvanına sərt sözlər yazıblar. Y.Cansail ad çəkmədəm Ü.Qarayevaya ismarış göndərib:“Artıq səbrim tükənir. Gəmidə oturub gəmiçiylə dava edənlər olmaya da. Bir də öz yerini bilməyənlər çox təhlükəlidirlər. 3 ildir “Ferma” yayımlanırdı, gül kimi də veriliş aparırdım, sonradan gəlib özünü şah kimi aparan o insanın ayağı düşmədi, hazır məhsulu da heç elədi, veriliş bağlandı. Amma ruhdan düşmək olmaz, daha böyük uğurlar bizi gözləyir. Ünvanlı”.Daha sonra aparıcı Ü.Qarayeva da öz səhifəsində ismarışa sərt cavab verib: “Bu insana nə deyəsən, üzümə gülüb, “Facebook”da əjdahaya dönür. Gül kimi təzə layihəyə start veririk, ağzından süd iyi gələn “colma-çocuq” diqqət yayındırmağa çalışır. İddiası başından böyük qız, boş-boş şeylərlə məşğul olmaq yerinə, iş ortaya qoymağa çalış”.