“Bəzi aparıcıları cəzalandırmaq lazımdır” – Nizami Cəfərov

“Bəzi aparıcıları cəzalandırmaq lazımdır” – Nizami CəfərovAzərbaycanda telekanallara kifayət qədər sanballı, məsuliyyətli şəxslər rəhbəlik edir. Onlar son günlər teleməkanda baş verən xoşagəlməz olaylara diqqət yetirməlidirlər”.

"AzerTaym.az" xəbər verir ki,bunu AzVision.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Yerli televiziyalarda yaşanan xoşagəlməz olaylara münasibət bildirən deputat qeyd edib ki, təhqirə yol verən aparıcılar mütləq cəzalandırılmalıdır.

“Telekanal rəhbərləri bu işə ciddi diqqət yetirməli və lazımı addımları atmalıdırlar. Demirəm ki, nöqsana yol verən aparıcılar dərhal işdən çıxarılsın, verilişi bağlansın. Ən azından tədbir görülməlidir.

Aparıcıların elə səhvləri var ki, qovulmaq həddinə kimi gəlib çıxa bilər, elə səhvlər var ki, o çağırılmalıdır, növbəti dəfə belə bir şey olsa, üzr istəməlidir. Hesab edirəm ki, bu məsələdə ictimai qınaq olmalıdır”.


Deputatın fikrincə, telekanallar səviyyələrini qorumalı, ucuz oyunlara getməməlidir: “Efirin öz tələbləri var. Burada əxlaqi normaları əsas götürülməlidir. Əgər aparıcı efirə dəvət etdiyi qonaqla dalaşacaqsa, daha bu nə oldu? Deyəcəksən ki, oldu keçdi? İlk növbədə televiziya kanalının özü bu məsələni həll etməlidir.

Sübut olunsa ki, bu cür təbliğatlar televiziya kanalının siyasətidir, onda ilk növbədə kanalın özü cəzalandırılmalıdır. Gərək bu kimi məsələlər təhlil olunsun. Televiziya böyük mədəniyyət işidir.

İnanmıram ki, Azərbaycanda belə televiziya kanalı olsun ki, bu kimi xuliqan hərəkətləri özünün veriliş siyasətinə çevirsin. Bunu da demək çətindir. Amma bununla yanaşı əgər bu məsələ təsadüfən baş veribsə, Milli Televiziya və Radio Şurasının qanunla müəyyənləşmiş hüquqları, cəza mexanizmləri tətbiq olunmalıdır."






Fikirlər