“ANAMIN BAŞINDAN BİR TÜK ƏSKİK OLSA…” – Hüseyn Abdullayevdən sərt xəbərdarlıq
Müraciət kifayət qədər sərt tonda yazılıb.
“Yəqin, sizlər razı olarsınız ki, öz mənliyinə və şərəfinə önəm verən her bir insan heç zaman yaşlı qadından intiqam almaz, yaxud yaşlı bir ananı girov kimi saxlayaraq öz opponentinə acıq verməz. Şəxsən mən belə bir alçaqlığa əl atsaydım, anam öz südünü halal etməz, buna kəskin etirazını bildirərdi. Çünki anamı tanıyanlar bilirlər ki, o, necə sülhsever və istənilən zorakılığa qarşı çıxan insandır” – müraciət bu sözlərlə başlayır.
Daha sonra hakimiyyətə sərt xəbərdarlıq edən H.Abdullayev yazır ki, ailə üzvlərinin təhlükəsizliyi üçün dövlət rəsmiləri məsuliyyət daşıyır:
“Mənim də anam hər bir ana kimi öz oğluna candan yaxın və heç şübhəsiz, övladı üçün fikirləşmədən həyatını qurban verməyə razı olan birisidir. Amma dərin ikrah hissi ilə deməliyəm ki, yuxarıda sadaladığım dəyərlər… (Zəruri redaktə-red) Artıq bir neçə gündür bu avtoritar rejimi təmsil edənlər heç bir səbəb göstərmədən anamın Almanıyaya gəlib məni görməsinə mane olur, absurd bəhanələrlə onun hava limanından keçməsinə imkan vermirlər. Bunun adı acizlikdir, bunun adı qorxaqlıqdır, insanlıq duyğularını tamamilə itirməkdir. Əziz dostlar, heç problem yoxdur, qoymurlar, qoymasınlar. Onsuz da yaşlı olan anam neçə vaxtdır yorulub bu uzaq yolları gedib-gəlməkdən. Hesab edirəm ki, hələlik o, gəlməsin, öz vətənimizdə qalsın. Mən buradan ölkə rəhbərliyinə bəyan edirəm ki,
əgər mənim anamın, ya da başqa bir ailə üzvümün başından bir tük belə əskik olsa, bunun bütün məsuliyyətini onların ailə üzvləri daşıyacaq. Eyni zamanda onları əmin edirəm ki, Hüseyn Abdullayev nə qədər ki, öz xalqına ürəkdən bağlıdır, o qədər də haqsızlığa və despotizmə qarşı mübarizəsini aparacaq.”
V.Nəsibov