Günayla Xumarın arasında nə baş verir? - QALMAQAL

Günayla Xumarın arasında nə baş verir?

Müğənni Günay İbrahimli “ATV maqazin onlarla” verilişində əməkdar artist Xumar Qədimova ilə küsülü olduğunu bildirib. “Qafqazinfo” xəbər verir ki, proqramın “Hit-parad” rubrikasında qonaq olan gənc ifaçı əməkdar artisti 10-luqdan uzaqlaşdırıb. 

O, müğənninin “Doğulduğu ev” mahnısını eşitmədiyini bildirib.  Günay söyləyib ki, Qədimova ilə bir müddət əvvəl münasibətlərinə son qoyub:

 “Xumar Qədimovanın 10-luqdan çıxartdım. Siyahıda daha çox layiqli ifaçılar var idi. Bu mahnını eşitməmişdim. Nə edək ki, belə təsadüf etdi. Mən o insanla küsülüyəm. Münasibətlərin bu siyahıya aidiyyatı yoxdur. Elə bir hadisə baş verib ki, çox gülməlidir. Danışa bilmərəm, efirlik bir şey deyil”.

Əldə etdiyimiz məlumata görə, Qədimova ilə İbrahimli arasında bu ilin əvvəlində gərgin anlar yaşanıb. Hər iki məşhur tanınmış stilistlərdən birinin ad günündə iştirak edib. Məclisdə iştirak edən əməkdar artistin hərəkətləri İbrahimlinin xoşuna gəlməyib. O,  Qədimovanın əyləşdiyi masadan qalxaraq başqa yerdə əyləşib. 

 

 






Fikirlər