ULDUZLAR “JARA”nın səhnəsində belə coşdular - FOTOLAR
“Sea Breeze” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının üçüncü gününün konsert proqramı təqdim edilib. Bu gün səhnədə “Leninqrad” qrupunun konserti olub. Eləcə də Emin Ağalarov, A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış ediblər. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.