“JARA-2017” musiqi FESTİFALI “BAKIYA QAÇAQ” mahnısı ilə AÇILIB - FOTOLAR

 Dünən axşam saatlarında “Sea Breeze Resort” istirahət mərkəzində Jara-2017 Beynəlxalq Musiqi Festivalı start götürüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə festival iştirakçıları qırmızı xalı üzərindən keçərək KİV nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdiriblər. Onlar Azərbaycan qonaqpərvərliyindən heyranlıqla söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin ediblər.

Jara-2017 Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və ilk olaraq EMİN, Ani LorakValeriyanın birgə ifasında “Bakıya qaçaq” mahnısı səsləndirilib.

Məlumat verilib ki, festivala müxtəlif ölkələrdən ümumilikdə 800-dən çox musiqiçi gəlib. Bu gün əlli ifaçı səhnəyə çıxacaq. Qala-konsertdə 2017-ci ilin populyar hitləri səsləndiriləcək.

Qala-konserti Yana ÇurikovaAndrey Malaxov aparırlar

  






Fikirlər