Mətanətin videosunu çəkən şəxsin anası: "MƏTANƏT ELƏ ETDİ Kİ..." - VİDEO

Mətanətin videosunu çəkən şəxsin anası:

Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində söz-söhbətə aydınlıq gətirildi. 

Müğənni Manaf Ağayevin Mətanət Əsədovanın videosunu çəkən şəxslərlə bağlı efirdə işlətdiyi sözlər böyük reaksiyaya səbəb olmuşdu.
"Videonu çəkən şəxs diz çöküb üzr istədi" sözlərindən sonra Sevil adlı şəhid anası canlı yayıma zəng edib. 
O, övladları ilə Manaf arasında heç bir problem olmadığını söyləyib: 
"Mətanət mənə zəng vurdu. Dedi ki, sənin qarşında baş əyirəm, diz çökürəm. Sən şəhid anasısan. Mənə dedi ki, biz sənə borcluyuq. Elə elədi ki, özümü borclu hiss elədim. Manafın burada heç bir günahı yoxdur. O, bizə kömək edib. Mənim balalarımla dostdur. O, bizim evdə bir ailənin üzvüdür. Heç bir söz-söhbət yoxdur. Xahiş edirəm söz-söhbəti yığışdırsanlar".
 
 






Fikirlər