Mətanət SEVGİLİSİNİN şəklini paylaşdı
Müğənni Mətanət Əsədovanın instaqramda yaydığı foto müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, o, adını açıqlamadığı bəyin şəklini izləyiciləri ilə bölüşüb və belə şərh yazıb: “Həyatda tək eşqim, sevgim, ürəyim”. Müğənni daha sonra bəyin baş hərfini- “S” yazaraq ürək işarəsi qoyub. Mətanət paylaşımda şərh bölməsini deaktiv edib. Lakin tezliklə həmin şəkil sosial şəbəkədəki xəbər səhifələrində paylaşılıb və Mətanətin sevgilisi kimi təqdim olunub. M. Əsədova ilə əlaqə saxlanılsa da, o, xəbəri nə təsdiqləyib, nə də inkar edib.