Mətanət ərə gedir - VİDEO

Mətanət ərə gedir -

Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.

AzerTaym.az  axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı “ATV maqazin 10larla” verilişinə açıqlama verib.

Mətanət həyatında sevdiyi birinin olduğunu söyləyib: “O, məni çox sevir. Mən də başlamışam onu sevməyə. Çox mədəni insandır. Ona hörmətim böyükdür. Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur”.
Əsədova ərə getməzdən əvvəl çox götür-qoy etdiyini bildirib: "Sevilən xanımam. Elçilərim də çox olur. Amma mən hər şeyə fikir verirəm. Kişi olanda nə olar. Özünə baxan, təmizkar biri olmalıdır”.
Sənətçi ailə quracağı insanla toy etməyəcəyini də vurğulayıb: “Toy həyatımda bir dəfə olub. Bu dəfə yığıncaq edəcəm. Mərasim qapalı olacaq və ancaq mənə yaxın dost, tanışımı çağıracam
 

 






Fikirlər