MƏTANƏT ƏSƏDOVA: "Alim müəllim məni Leyli kimi görmək istəyir"
Zaur Kamal aparıcısı olduğu "5/5" verilişində maraqlı açıqlamalar edib. Ölkə.Az-ın məlumatına görə, o, xalq artisti Alim Qasımovun müğənni Mətanət Əsədovadan küsdüyünü bildirib.Əsədova isə xalq artistinin ondan küsməyə haqqının olduğunu söyləyib və iki il Qasımovdan dərs aldığını etiraf edib: "Alim müəllim məni Leyli kimi görmək istəyir. Amma Məcnunumu tapmadığım üçün onu oxumamışam. Onun istəyi mənim "Leyli Məcnun"u oynamağımdır". Xatırladaq ki, Mətanət Əsədova sənətə muğam ifaçısı kimi gəlib və sonradan estrada mahnıları oxumağa başlayıb.