23.09.204 -Müğənni DYP-nin polkovnikini şoka saldı

23.09.204 -Müğənni DYP-nin polkovnikini şoka saldı Müğənni Mətanət Əsədova "Mətanətlə Gündəlik” verilişinin qonağı olub.


"Qafqazinfo”nun məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin də qonaq olduğu verilişdə sənətçi çox pis sürücü olduğunu etiraf edib:

"Mənə deyiblər ki, "kaskadyor” filminə çəkilim. Sükan arxasında mənə zəng edib elə söz deyirlər ki, ölə bilərəm. Etiraf edirəm çox pis sürücüyəm. Avtomobili 260-270 sürətlə idarə edirəm. Sürücülük mədəniyyəti var, bəzən özümü danlayıram ki, çox mədəniyyətsizsən. Həm özümə, həm ətrafdakılara təhlükə yaradıram”.

Baş Dövlət Yol Polis İdarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə müğənninin bu etirafından şoka düşüb. O, M. Əsədovanın diqqətinə çatdırıb ki, qayda pozuntusuna yol verib:

"Siz hansı yolda 260-la sürmüsünüz? Bəzi sürücülər qayda pozmağı qəhrəmanlıq sayır. Qayda pozuntusunun cəriməsi var. Mətanət xanım o sürətlə avtomobil idarə etmisinizsə, yəqin radara və kameralara düşmüsünüz”.

Müğənni isə polisin açıqlamasına cavab olaraq cərimələndiyini bildirib.






Fikirlər