20.01.2014. - Kamran Əliyev ağac arxasında gizlənən polislərdən danışdı

20.01.2014. -  Kamran Əliyev ağac arxasında gizlənən polislərdən danışdı
"İndi belə hallar müşahidə olunmur, sürücülərimiz polisi görə-görə qaydaları pozurlar"
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ağacın arxasında gizlənən polislər haqqında danışıb.
AzerTaym.az-ın verdiyi məlumata görə bu günlərdə özəl kanalların birində verilişlərdən birinin qonağı olarkən BDYPİ-nin şöbə rəisi aparıcının niyə polislər ağacların arxasında gizlənirlər sualına cavab verərkən deyib:
“Hazırda belə hallar müşahidə edilmir. Bu əvvəllər var idi. İndi belə şeylər yoxdur. Bir də indi sürücülərimiz polisi görə-görə qaydaları pozurlar. Heç polisin gizlənməsinə ehtiyac qalmır."






Fikirlər