“Övladlarıma hədiyyə almağa ehtiyac qalmır” - Emin

Bəstəkar-müğənni Emin Ağalarov özü haqqında maraqlı açıqlamalar verib.
“Övladlarıma hədiyyə almağa ehtiyac qalmır” - Emin

Azertaym.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinə müsahibəsində ifaçı çox sadə olduğunu deyib:

“Sadə olmaq lazımdır. Yekəxanalıq ağılsızlıqdır. İnsanlar bərabərdir. Hamımız torpağa ayaq basırıq. Bakıya gələndə istədiyim yerə gedirəm, bunun üçün sükan arxasında özüm otururam. Bəzi yolları tanıyıram. Nənəmgilin bağına motosikletlə yollanıram”.

Emin Yeni ildə övladlarına hədiyyə almayacaq:

“Onlara o qədər hədiyyələr verirlər ki, buna ehtiyac qalmır. 31 dekabrda nənəmin ad günüdür. Buna görə də bu bizim üçün ikiqat bayramdır. Biz əsasən ad gününü qeyd edirik. İndi də Yeni ildən çox ona hazırlaşırıq”.

Azərbaycan mətbəxindən söz açan müğənni ən çox cızbız yeməyi sevdiyini bildirib.






Fikirlər