"BU AĞRILAR ayağıma da vururdu" — RASİM BALAYEV
Sputnik Azərbaycan bildirir ki, Xalq artisti son zamanlar ağrılardan çox əziyyət çəkdiyini deyib: "Belimdə yırtıq var, ağrı verirdi. Bu ağrılar ayağıma da vururdu. Bu səbəbdən rahat gəzə də bilmirdim. Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Müalicə üçün Ankara şəhərinə gəlmişəm". Xatırladaq ki, vaxtilə "Babək" filminin çəkilişi zamanı atdan yıxıldığı üçün Xalq artistinin belində yırtıq yaranıb. R.Balayev bu problemə görə dəfələrlə müalicələr qəbul etsə də, səhhətində heç bir irəliləyiş olmayıb.
"Bakıda əməliyyat etmək istəyirdilər. Lakin Türkiyəyə gəldikdə onlar əməliyyata gərək olmadığını dedilər. Müalicə ilə problemi aradan qaldıracaqlarına vəd veriblər. 10 gündən sonra buradakı müalicəmi bitirib Bakıya qayıdacağam" - deyə Rasim Balayev əlavə edib.