“Yaşadığımız acılara bəla kimi deyil, imtahan kimi yanaşmalıyıq”
Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bir ibrətamiz status paylaşıb:
"Böyük acılar Yaradanın sevimli qullarına göndərdiyi bir lutufdur bəzən...
Acının faydası nə ola bilər? deyənlərə...
Allahı daha yaxşı dərk edə bilməyimiz bəlkə də...
Böyük acıları olan insanlar onları paylaşmaq istəyər. Ən sevdiyin dostların səni bir neçə saat dinləyər, acını paylaşar sonra evinə gedər. Ailə üzvlərin də səni dinləyər, acını paylaşar amma bir neçə saat sonra öz işinə - gücünə, ailəsinin yanına gedər. Səni ən çox sevən ana - atan acını bölüşər, amma gecələr bəzən sən o acı ilə qovrulanda onlar yuxuda olarlar. Bir tək Allahdı hər dəqiqə, saniyə səninlə acılarını bölüşən. Bunu anladığın an daha çox sığınarsan Ona. Çünki O - nun səni hər kəsdən daha çox anladığını və hər kəsdən daha çox acını, sıxıntını paylaşdığını hiss edərsən. Ona elə sığınarsan ki, "Allahla mənim aramda heç bir şey qalmadı" məqamına gələrsən. Acın sakitləşməyə başladığı kimi özün də təmizlənməyə, durulmağa başlayarsan. Heç bir şey insanı acı və gözyaşı qədər təmizləməyə bilməz. Ona görə yaşadığımız acılara bəla kimi deyil, imtahan kimi yanaşmalıyıq. Acı, iztirab çəkmədən kamil insan olma yolunda irəliləyə bilməz insan..."