AZƏRBAYCANIN MƏŞHUR simaları BİR ARADA - FOTOLAR

Azərbaycanın məşhur simaları bir arada

Bu gün Dövlət Musiqili Komediya Teatrında mərhum şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

AzerTaym.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, yazıçılar və şairlər iştirak edib.

Tədbiri açan parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, bu gün 80 yaşlı şairənin işığına toplaşıblar: “Nurəngiz xanım ömrü boyu şeirlə nəfəs alıb. O, böyük ədəbiyyata 40 yaşında gəldi. O elə təxəllüsü kimi gün kimi ədəbiyyatımızda parladı”.

Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, ömrü boyu Nurəngiz Günü məlahətli və mehriban insan kimi tanıyıb: “Onun üzündən gülüş əskik olmurdu. Sonradan bildim ki, onun gülüşünün altında şəxsi ağrılar və kədər durur”.

Daha sonrakı çıxışlarda da şairin fəaliyyətindən və yaradıcılığından geniş bəhs edilib.

 

 


















 






Fikirlər