Sabir Rüstəmxanlının 70 İLLİK yubileyi dövlət səviyyəsində qeyd edilir

Sabir Rüstəmxanlının 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilir

Hazırda  xalq şairi, sabiq deputat, VHP sədri Sabir Rüstəmxanlının  70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olunur.
Musavat.com-un müxbiri xəbər verir ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar  iştirak edirlər. Millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva, Müsavat Partiyasının sədri Arif Hacılı, İsa Qəmbər və digərləri də qonaqlar arasındadır.
Qeyd edək ki, şairin yubileyinə gözlənildiyindən daha çox qonaq gəldiyindən həm qapının önündə, həm də zalda izdiham yaşanıb.
Açılış nitqi ilə çıxış edən şair İlqar Fəhmi tədbirdə yaşanan izdihamın Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən qiymətin göstəricisi olduğunu bildirdi.
"Yeni Müsavat"a danışan baş nazirin müavini Elçin Əfəndiyev isə, S.Rüstəmxanlını ədəbiyyatımızın ən görkəmli nümayəndəsi adlandırıb.
 
Səhnədə çıxış edənlər Sabir Rüstəmxanlının fəaliyyətindən bəhs ediblər. 
Tədbir davam edir.
 










Fikirlər