SABİR RÜSTƏMXANLI- 70 yaşında adlı yaradıcılıq gecəsi başladı.

Şəhər bələdiyyəsi və Türk Dünyası Araşdırmalar Vəqfi ilə birgə Sabir Rüstəmxanlının 70 illik yubileyini qeyd edir.

Türkiyə hökumətinin Sabir Rüstəmxanlının 70 illiyinə həsr etdiyi "Sabir Rüstəmxanlının 70yaşında" adlı yaradıcılıq gecəsi başladı. İnterpress.az xəbər verir ki, İstanbul Böyük Tədbir İstanbulun Böyük Şəhər Bələdiyyəsinin Fatih Kültür Mərkəzində başladı. Tədbir iki ölkənin himni ilə başladı. İlk olaraq qonaqları Türk Dünyası Araştırmaları Vakfı Başkanı Közhan Yazgan və İBB Kültür Dairə Başqanı Əbdürrəhman Şen salamladı.


Tədbirin moderatoru Özcan Ünlü Sabir Rüstəmxanlının bioqrafiyasını qonaqların diqqətinə çatdırdıqdan sonra, söz Azərbaycanın tanınmış alimi və millət vəkili Rafael Hüseynova verildi. Rafael Hüseynov, Sabir Rüstəmxanlının Azərbaycan tarixinə, siyasətində və ədəbiyyatında verdiyi tövhələrindəndanışdı. Xalq, millət, mütəqillik və Türk dünyası üçün gördüyü işləri xatırlatdı. Rafael Hüseynovun çıxışından sonra tədbirin aparıcısı şairin Türkiyədə çap olunmuş "Yurdumun En Güzel Nağmesi" adlı kitabından oxudu. 

Söz professor Gülşən Alışıka verildi. Türkiyəli professor Sabir Rüstəmxanlının yaradıcılığından danışarkən, onun ədəbiyyat dünyası üçün dəyərli bir çəxsiyyət olduğunu vurğuladı. Azərbaycanın böyük şairə Bəxtiyar Vahabzadənin Sabir Rüstəmxanlı haqqında dediyi sözləri qonaqların diqqətinə çatdırdı. 

Gecədə Azərbaycanın keçmiş Təhsil Naziri professor Firudin Cəlillov da Sabir Rüstəmxanlının həyat yolu və yaradıcılığından danışdı. 

Rəsmi hissə bitdikdən sonra bədii hissədə Sabir Rüstəmxanlının şeirlərindən ibarət Savalan qrupunun ifası səsləndi. Programın aparıcısı və Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı da şerlər oxudu. 






Fikirlər