Televiziyada yeni biabırçılıq – Ağladı, “ürəyi” getdi…

 ARB telekanalında yayımlanan “Sayqa ilə” verilişində baş verən hadisə tamaşaçıları, sözün əsl mənasında, şoka salıb.

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Sayqa Cahid müğənni Afaq Aslanı verilişinə qonaq qismində çağırıb. Əlində gül studiyaya girən bir gənc Afaqa evlilik təklif edib.

İfaçının qarşısında diz çökən 24 yaşlı gənc “Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışmasında görəndən sevirəm. Mənə “yox” desəniz, ömrümün sonuna qədər evlənməyəcəm” – deyib.

“Yox” cavabı alan oğlan ağlamağa başlayıb və “ürəyi” gedərək, yerə yıxılıb. Görüntülər qısa vaxtda sosial şəbəkələrdə yayılmağa başlayıb

Məsələylə bağlı maraqlı məqam isə odur ki, proqramın aparıcısı Sayqa Cahid bir neçə gün öncə sərt şəkildə bayağı formatlı verilişləri tənqid edib. Sayqa qonaq olduğu efirdə “Məqsədim maarifləndirməkdir. Hər verilişdə tamaşaçıya təhsil və sağlamlıqla bağlı mesaj göndərirəm” sözlərini işlətmişdi. Amma öz verilişində bu cür “tamaşa” qurması əslində onun özünün hansı səmimiyyət sahibi olduğunu göstərir.

 






Fikirlər